Neymar "Əl-Hilal"la yolları ayırır

23:48 10 Noyabr 2023

"Əl-Hilal" hücumçu Neymarla müqaviləni dayandırmaq istəyir.

Sportarena.az xəbər verir ki, oktyabrın ortalarında braziliyalı milli komanda ilə oyunda ciddi zədə alıb. Ona çarpaz bağın və meniskinin yırtığı diaqnozu qoyulub. Futbolçunun əməliyyatdan sonra sağalma müddəti təxminən 10 aya yaxın olacaq. “Əl-Hilal” artıq forvardla müqaviləni müvəqqəti dayandırmaq üçün tədbirlər görür. Bu addım qış transfer pəncərəsində legioner ilə müqavilə imzalamağa yer açmaq üçün edilir. Çünki klubun tamamilə legioner oyunçusu var. Bu qərar klub rəhbərliyi ilə baş məşqçi Xorxe Jezus arasında məsləhətləşmələrdən sonra verilib.

Qeyd edək ki, Neymar "Əl-Hilal"a avqustda PSJ-dən 90 milyon avroya keçib. O, Səudiyyə Ərəbistanı komandasında 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. 


Digər xəbərlər

Xəbər xətti