"Vilyarreal" baş məşqçisini istefaya göndərdi

00:33 11 Noyabr 2023

"Vilyareal"ın baş məşqçisi Xose Roxo Martin Paçeta postunu tərk edib.

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb: “Klub mütəxəssisə və onun bütün məşqçi heyətinə əməyinə, fədakarlığına, peşəkarlığına, fədakarlığına görə təşəkkür edir və ona peşəkar gələcəyində uğurlar arzulayır”.

Qeyd edək ki, 12 turdan sonra "Villyareal" İspaniya çempionatının turnir cədvəlində 12 xalla 13-cü pillədə qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti