Yeddi belçikalı tennisçi danışılmış oyunlara görə diskvalifikasiya edilib

09:27 11 Noyabr 2023

Tennisdə mənfi hadisələrlə mübarizə aparan müstəqil orqan 7 belçikalı tennisçini danışılmış oyunlara görə diskvalifikasiya edib.

Sportarena.az xəbər verir ki, bu barədə "Sport-ekspress" qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. Oyunçular arasında Artur de Qrif, Romen Barbosa, Alek Vitmer, Arno Qress, Julyen Dubel, Maksim Otom və Ömər Salman var.

Danışılmış oyunlara görə idmançılar 2 ildən 4 il 10 aya qədər olan müddətə yarışlardan kənarlaşdırılıblar. Bundan əlavə, onlardan 30-45 min dollar cərimə ödəmələri tələb olunub.


Digər xəbərlər

Xəbər xətti