Arda Gülər yenidən zədələndi

11:19 11 Noyabr 2023

"Real"ın yarımmüdafiəçisi Arda Gülər zədələnib.

Sportarena.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçinin menisk yırtığı diaqnozu qoyulub. Türkiyəli futbolçu Çempionlar Liqasında "Braqa" ilə oyundan (3:0) əvvəl bud əzələsini zədələyib. Oyunçunun təxminən bir ayı oynamayacağı gözlənilir.

Qeyd edək ki, yayda Gülər "Fənərbaxça"dan 20 milyon avroya alınıb və "Real"ın heyətində hələ bir rəsmi oyun keçirməyib.

Xatırladaq ki, bu, Gülərin "Real"a keçdikdən sonra üçüncü zədəsidir. İyulda o, menisk zədəsi səbəbindən iki ay meydana çıxa bilməyib. Sentyabrda isə başqa bir əzələ zədəsi ilə daha bir ay yaşıl meydanlardan kənarda qalıb. 


Digər xəbərlər

Xəbər xətti