“Dekabrda komanda da bəzi dəyişikliklər olacaq”.
Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Araz-Naxçıvan” ilə 1:1 hesablı heç-heçə edən “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Komandamın oyununda razı qaldım. Bu futboldur. Bəxtsizlik oldu. Futbol bəzən səni cəzalandırır. Belə davam etsək, yaxşı olacaq. Düzgün yoldayıq. Asanlıqla 3-4 qol vura biləcəyimiz oyunda 1 qol vurduq və heç-heçə oldu. Əlbətdə yeni idman direktoru ilə bu barədə söhbətimiz olub. Komandanı necə yaxşılaşdırmaq barədə düşünürük. Dekabrda komanda da bəzi dəyişikliklər olacaq. Yaxşı dəyişikliklər etdik. Sonrdadan meydana girən oyunçular yaxşı çıxış etdi. Son dəqiqədə buraxdığımız qola bir daha baxdım. Orda taktiki səhv yox idi. Qəbul etmək lazımdır ki, rəqib yaxşı hücum edib qol vurdu. Əlbətdə məni tək üzən şey oyunun hesabıdır. Bu gün oyun 3-4 top fərqi ilə bitə bilərdi. Həftəboyu yaxşı məşq etdik, oyuna yanaşma da istədiyim kimi idi. Belə saxlamaq lazımdır. Bu gün bütün futbolçular özünü yaxşı tərəfdən göstərdi. Oyunçular istədiyimi edirdi. Bunlardan biri də Azər idi ki, istədiklərimi etdi. İkinci hissədə daha çox qol epizodu yaratdıq. Onlar yaxşı çıxış etdilər. Melano tərəfdən düzgün reaksiya görürəm. Məşqlərdə də özünü yaxşı tərəfdən göstərir. Oynamağa layiq olduğunu sübut edir. Sadəcə yaradılan qol epizodlarını reallaşdırmaq lazım idi. Yaxşı oynayır. İlk gündən deyirəm ki, epizodlarımızı qolla nəticələndirsək, çətin olmaz. Epizodları qola çevirə bilmədiyimiz üçün çətinlik yaranır. Hücumçular bu gün işimim öhdəsində yaxşı gəldi. Ömər zədədən yeni qayıdıb. Üç aydır ki, zədədən əziyyət çəkirdi. Ona vaxt lazımdır ki, əvvəlki formasını bərpa etsin. Digər ik oyunçu da çox peşəkardır. Məşqlərini edirlər, işlərinə peşəkar kimi yanaşırlar. Amma futboldur, rəqabət var. Bəlkə də, dünyanın ən uğursuz məşqçisiyəm. İki oyundur ki, son saniyələrdə qol buraxırıq. Burda işimi başlamışamsa, uğurlu bitirmək istəyirəm. Bu mövsümü "Neftçi"də bitirmək niyyətindəyəm”.