"Beşiktaş" qış fasiləsində hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Betis"də çıxış edən İskodur. Bu barədə Türkiyə mediası məlumat yayıb.
"Beşiktaş" 31 yaşlı vinger üçün İspaniya klubuna rəsmi təklif göndərəcək.
İsko cari mövsümdə "Betis"in heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.