“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqiblərindən "Molde" Norveç çempionatında 29-cu tur oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, sözügedən komanda səfərdə “Sarpsborq”la qarşılaşıb. Oyunda “Molde” 3:1 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində xallarının sayını 50-yə çatdıran "Molde" hazırda turnir cədvəlində 5-cidir.
Xatırladaq ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinin 5-ci turu çərçivəsində "Molde" ilə Norveçdə üz-üzə gələcək. Matç noyabrın 30-da keçiriləcək. Bu komandalar arasında 1-ci tur oyununda Ağdam təmsilçisi Bakıda 1:0 qalib gəlib.