2022/2023-cü illər mövsümündə avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası, Avropa Konfrans Liqası) çıxış edən klublar üçün UEFA tərəfindən ayrılmış əlavə ödənişlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.
Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
UEFA "Neftçi"yə 106 943.00, "Qəbələ"yə 64 166.00, "Zirə"yə isə 64 166.00 avro pul ödənişi edib.