"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Norveçin "Molde" klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup oyunu ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verib.
Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını deyib:
"Yaxşı oyun və uğurlu nəticə ilə dönmək istəyirik. Oyuna hazırlığımız pis keçmədi. Hər şey qaydasındadır. Oyun günü son məşqimiz olacaq. Matça hazırlığı da o zaman bitirəcəyik. İnanıram ki, uğurlu oyun bizdə alınar. Yəqin ki, rəqib də eyni fikirdədir. Onların da böyük şansı var. Məncə, ciddi mübarizə gedəcək. "Molde"nin evdə oynayacağını da nəzərə alırıq. Üstəlik, meydançaları süni örtükdür. Yenə də öz oyunumuzdan əl çəkməməyə çalışacağıq. Bunu bacarıb-bacarmayacağımızı oyunda biləcəyik".
Xatırladaq ki, noyabrın 30-da keçiriləcək "Molde" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.