Klub tarixində ilk

15:09 11 Dekabr 2023

“Jirona” İspaniya La Liqasının XVI turunda səfərdə “Barselona”ya qalib gəlib.

Sportarena.az xəbər verir ki, komanda bununla ilkə imza atıb. Belə ki, rəqibini 4:2 hesabı ilə üstələyən “Jirona” tarixində ilk dəfə “Barsa”ya qalib gəlib.

Hazırda Miçelin rəhbərlik etdiyi komanda 41 xalla La Liqaya liderlik edir. “Barselona” 34 xalla üçüncü pillədə qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti