İspaniya çempionatının 16-cı turunun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, “Barselona” öz meydanında “Jirona”ya 2:4 hesabı ilə uduzub. Bu qarşılaşma 2023-cü ilin aprelindən indiyədək Kataloniya klubunun 4 qol buraxdığı ilk oyun olub. Bundan əlavə, “Barselona” İspaniya Kral Kubokunun yarımfinalında Madrid “Real”ına eyni hesabla uduzmuşdu.
Son 20 il ərzində “Barselona” İspaniya çempionatında cəmi 4 dəfə öz meydanında 4 qol buraxıb: “Real Betis” (3:4), “Deportivo” (2:4), “Valensiya” (2:4) və “Jirona” (2:4).
16 turdan sonra “Barselona” La Liqada 34 xalla üçüncüdür. Turnir cədvəlinə isə 41 xalla “Jirona” başçılıq edir.
Kataloniyalılar növbəti oyununu dekabrın 16-da səfərdə “Valensiya”ya qarşı keçirəcək.