Abdullah Zubir “Qarabağ”da 50-ci qolunu vurub.
Sportarena.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XVI turuna təsadüf edib. 32 yaşlı fransalı yarımmüdafiəçi “Sumqayıt”la səfər matçında qol sevinci yaşayıb.
Zubir Ağdam klubunda 236-cı oyununda 50-ci qolunu vurub. O, Premyer Liqada 38, ölkə kubokunda 1, avrokuboklarda 11 dəfə fərqlənib.
Fransalı legionerin ilk qolu debüt etdiyi 2018/19 mövsümündə qeydə alınıb. O, 2018-ci il sentyabrın 23-də “Qəbələ” ilə ev matçında (4:1) iki qola imza atıb.