Öncə Qurban Qurbanov, sonra Hoqmo

20:12 11 Dekabr 2023

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Hekken” (İsveç) oyunundan öncə təşkil ediləcək mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

Sportarena.az "Qarabağ"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı dekabrın 13-ü saat 13:15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 16:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Pyer-Matias Hoqmonun isə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:15-də start götürəcək. İsveç təmsilçisinin eyni arenada keçiriləcək ilk 15 dəqiqəsi açıq olacaq məşqi 18:45-də başlayacaq.

Qeyd edək ki, dekabrın 14-də keçiriləcək “Qarabağ” – “Hekken” görüşü saat 21:45-də başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti