Yunanıstanda azarkeşlərin stadionlara girişinə qadağa qoyuldu

21:46 11 Dekabr 2023

Yunanıstanda növbəti iki ay ərzində azarkeşlərin futbol matçı zamanı stadionlara girişi qadağan edilib.

Sportarena.az xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Pavlos Marinakis məlumat verib. Bu qərar fan qruplarının zorakılığını dayandırmaq üçün bir tədbir olaraq qəbul edilib.

2024-cü il fevralın 12-dək futbol oyunlarının təhlükəsiz keçirilməsi ilə bağlı hüquqi şərtlərə tam əməl edilmədikdə, onun tətbiqinin müddətinin uzadılması məsələsinə yenidən baxılacaq.

Qeyd edək ki, stadionda azarkeşsiz ilk oyun “Olimpiakos”un Avropa Liqasında dekabrın 14-də Serbiyanın “Baka Topola” komandası ilə ev oyunu olacaq. 


Digər xəbərlər

Xəbər xətti