Türkiyə Superliqasında bütün oyunlar təxirə salınıb.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib. Buna səbəb isə XV turda “Rizəspor”la “Ankaragücü” arasında keçirilən oyundan sonra ikincilərin prezidenti Faruk Kocanın baş hakim Halil Umut Meleri vurması olub.
Bu üzdən hakimlər matçlara çıxmaqdan imtina ediblər. Yerli federasiya da oyunların qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb.