"Sumqayıt"ın sabiq baş məşqçisinin yeni klubu müəyyənləşdi

17:09 12 Dekabr 2023

“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqa “Şaxtyor”dan(Soliqorsk) ayrılıb.

Sportarena.az xəbər verir ki, belaruslu mütəxəssis Rusiyada çalışacaq. O, “Sokol”la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hazırda adıçəkilən klub Rusiya birinci divizionunda mübarizə aparır və 18 komanda arasında 16-cı pillədədir.

Belaruslu mütəxəssis BATE, “Jalqiris”, “Aktobe” komandalarını çalışdırıb. O, BATE, "Şaxtyor"(Soliqorsk) və "Jalqris”lə çempionluq yaşayıb. 


Digər xəbərlər

Xəbər xətti