FIFA prezidenti: "Türkiyədəki oyundan sonra baş verən hadisələr qəbuledilməzdir"

17:37 12 Dekabr 2023

"Türkiyə Superliqasının "Ankaragücü" - "Rizəspor" matçından sonra baş verən hadisələr tamamilə qəbuledilməzdir və bunun bizim idmanda, cəmiyyətimizdə yeri yoxdur".

Sportarena.az xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino şəxsi instaqram hesabındakı paylaşımında bildirib.

Funksioner futbolda, meydanda və ya meydandan kənarda şiddətə qətiyyən yer olmadığını vurğulayıb: "Hakimlər, futbolçular, azarkeşlər və nümayəndələr oyundan həzz almaq üçün təhlükəsiz olmalıdırlar. Müvafiq orqanları bunun ciddi şəkildə yerinə yetirilməsinə çağırıram".

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub. 


Digər xəbərlər

Xəbər xətti