Çempionlar Liqasında (ÇL) qrup mərhələsi başa çatıb.
Sportarena.az xəbər verir ki, son gündə E, F, G və H qruplarında VI turun görüşləri keçirilib. Həmin qruplarda “Atletiko”, “Latsio”, “Borussiya” (Dortmund), “Mançester Siti”, “Leyptsiq” və “Barselona” 1/8 finala vəsiqəni öncədən təmin etmişdilər.
Son turun nəticələrinin ardından “Portu” və PSJ də ÇL-də mübarizəni davam etdirmək hüququna yiyələnib. Beləliklə, turnirdə 1/8 finala adlayan bütün komandalar bilinib.
Çempionlar Liqası
Qrup mərhələsi
VI tur
E qrupu
“Atletiko” (İspaniya) – “Latsio” (İtaliya) 2:0
“Seltik” (Şotlandiya) - “Feyenoord” (Niderland) 2:1
F qrupu
“Borussiya” (Dortmund, Almaniya) - PSJ (Fransa) 1:1
“Nyukasl” (İngiltərə) - “Milan” (İtaliya) 1:2
G qrupu
“Srvena Zvezda” (Serbiya) - “Mançester Siti” (İngiltərə) 2:3
“Leyptsiq” (Almaniya) - Yanq Boyz” (İsveçrə) 2:1
H qrupu
“Antverpen” (Belçika) - “Barselona” (İspaniya) 3:2
“Portu” (Portuqaliya) - “Şaxtyor” (Donetsk, Ukrayna) 5:3