“Neftçi”, “Sabah” və “Qəbələ” cərimələndi

13:19 13 Dekabr 2023

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XVI turunda keçirilən oyunlarla bağlı qərarlarını açıqlayıb.

Sportarena.az xəbər verir ki, “Kəpəz”lə görüşdə meydançadan qovulan “Qəbələ”nin futbolçusu Emil Səfərov bir turu buraxmalı olacaq. Klubu isə buna görə 500 manat cərimələnib.

“Sabah” – “Səbail” və “Neftçi” – “Turan Tovuz” oyunlarında hesab tablosu işləməyib. Bu üzdən meydan sahiblərinə xəbərdarlıq edilib. “Səbail”lə qarşılaşmaya təcili tibbi yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” 1000 manat cərimə olunub.

“Turan Tovuz” oyun bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması isə “Neftçi”nin 800 manat cərimələnməsinə səbəb olub.  


Digər xəbərlər

Xəbər xətti