Dünya Çimərlik Futbolu Təşkilatı (Beach Soccer Worldwide) bu sahə üzrə 2023-cü ilin ən yaxşıları adına namizədləri açıqlayıb.
Sportarena.az xəbər verir ki, qurum ilkin siyahını təqdim edib.
“100-lük”də çimərlik futbolu üzrə Azərbaycan millisinin hücumçusu Sabir Allahquliyev də qərarlaşıb. Yanvarın 11-dək davam edəcək səsvermənin yekununda finalçılar müəyyənləşəcək.
Səsverməyə millilərin baş məşqçiləri və kapitanları, eyni zamanda böyük turnirlərdə çıxış etmiş klubların baş məşqçiləri və kapitanları qatılacaq.