Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin İtaliya yığması ilə oyununda ukraynalı azarkeşlərin irqçi davranışlarına görə, Ukrayna Futbol Federasiyasını cəzalandırıb.
Sportarena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.
“Azarkeşlərin irqçi davranışına görə Ukrayna Futbol Assosiasiyasını (UAF) 20 min avro cərimələyin və UEFA-nın himayəsi altında keçiriləcək növbəti matçda ən azı 5 min yerlik Ukrayna milli komandasının stadionunun qismən bağlanmasına göstəriş verin”, - məlumatda deyilir.