"Qarabağ"ın potensial rəqibləri: "Qalatasaray", "Milan", "Benfika"...

10:30 14 Dekabr 2023

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

Sportarena.az xəbər verir ki, turnirdə 1/8 finala yüksələn komandalarla yanaşı, mübarizəni Avropa Liqasında davam etdirənlər də məlum olub.

Avroliqaya yollanan 8 kollektiv bu turnirdə qrup ikincisi olan komandalarla qarşılaşacaq. Azərbaycan çempionu "Qarabağ" da ikinci olmaq şansına sahibdir. Təmsilçimiz qrupdan çıxsa, bu rəqiblərdən biri ilə qarşılaşacaq:

“Qalatasaray” (Türkiyə)

“Lans” (Fransa)

“Braqa” (Portuqaliya) 

“Benfika” (Portuqaliya) 

“Feyenoord" (Niderland) 

“Yanq Boyz" (İsveçrə) 

"Milan" (İtaliya)

"Şaxtyor" (Ukrayna) 


Digər xəbərlər

Xəbər xətti