Çempionlar Liqasının qrup mərhələsinin VI turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Sportarena.az xəbər verir ki, UEFA həftənin ən yaxşısı olmağa 4 iddialını açıqlayıb. Bunlar “Real”ın hücumçusu Xoselu, “Atletiko”nun yarımmüdafiəçisi Samiel Lino, “Porto”nun orta sahə oyunçusu Venderson Qaleno və “Benfika”nın hücumameyilli futbolçusu Anxel Di Mariyadır.
Qalib azarkeşlər arasında aparılacaq səsvermənin nəticəsinə əsasən müəyyənləşəcək.