AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov dünya çempionatının elit-raund mərhələsi çərçivəsində dekabrın 15-də Bakı İdman Sarayında Rumıniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti ilə görüşüb.
Sportarena.az xəbər verir ki, AFF prezidenti komandanın üzvlərinə qarşıdakı oyunlarda ugurlar arzulayıb. Millinin baş məşqçisi Vitali Borisov hazırlıqla və oyunçuların durumu ilə bağlı federasiya rəhbərinə məlumat verib.
Görüşdə AFF-nin vitse-prezidenti Elşən Abasov, İcraiyyə Komitəsinin üzvü Rövşən Mirzəyev də iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan – Rumıniya oyunu dekabrın 15-də, saat 20:00-da keçiriləcək. Bakı İdman Sarayınına giriş sərbəst olacaq.