“Neftçi” klubunun israilli yarımmüdafiəçisi Kenni Sayef klubdan ayrılıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk səhifəsində məlumat yayılıb. Bildirilib ki, o, şəxsi səbəblərə görə komandadan ayrılmalı olub:
“Futbolçumuz Kenni Sayef şəxsi səbəblərə görə “Neftçi” PFK-dakı karyerasını başa vurmalı olub. Göstərdiyi xidmətə görə ona təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!”.