“Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsindəki çıxışına görə fərqlənib.
Sportarena.az xəbər verir ki, rusiyalı qolkiper meydana çıxdığı 5 görüşdə 23 seyvlə diqqət çəkib. 32 yaşlı Lunyov turnirdə ən çox qurtarış edən üçüncü qapıçıdı. Təcrübəli futbolçu yalnız “Aris”dəki həmkarı Vana (30) və “Rakuv”un üzvü Vladan Kovaçeviçdən (27) geri qalır.
Qeyd edək ki, qrupda ikinci yeri tutan “Qarabağ” pley-off mərhələsinə vəsiqə qazanıb.