"Dinamo"nun azərbaycanlı hücumçusu Mahir Emreli Xorvatiya çempionatının 19-cu turun oyununu buraxacaq.
Sportarena.az xəbər verir ki, Emreli dizində yaranan problem səbəbindən sabah “Hayduk”a qarşı oynamayacaq.
Onun nə vaxt meydanlara qayıdacağı isə bəlli deyil.
Qeyd edək ki, “Dinamo” və “Hayduk” klublarının görüşü “əbədi derbi” adlandırılır.