"Səbail"in legioneri David Qomis Türkiyənin İstanbul şəhərində əməliyyat edilib.
Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalının əməliyyatı uğurlu keçib. Yarımmüdafiəçinin təxminən 5-6 aydan sonra məşqlərə başlayacağı ehtimal edilir.
Qomis Azərbaycan Premyer Liqasının 16-cı turunun "Sabah"la (3:0) səfər görüşündə zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi.