FİFA-dan yenilik

22:59 16 Dekabr 2023

FIFA 2025-ci ildən etibarən Klublararası Dünya Çempionatının formatını dəyişmək istəyir.

Sportarena.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Turnir 28 gün davam edəcək və Premyer Liqa mövsümünün başlamasına təxminən bir ay qalmış başa çatacaq. ABŞ-da 32 komandanın iştirak edəcəyi turnirin iyunun 15-dən iyulun 13-dək davam edəcəyi və komandaların matçlar arasında ən azı üç gün istirahət etməsi gözlənilir. Çempionatın yekun tarixləri bu həftəsonu Səudiyyə Ərəbistanında FİFA şurasında təqdim olunacaq.   

Qeyd edək ki, iyunun əvvəlinə artıq milli komandaların 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək iki oyun üçün vaxt ayrılıb. "Çelsi", "Real" və "Mançester Siti"nin 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatında çıxış edəcəyi gözlənilir. 


Digər xəbərlər

Xəbər xətti