Avropa Liqasında (AL) pley-off mərhələsinin püşkü atılıb.
Sportarena.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub. Bakı vaxtı ilə saat 16:00-da başlayan tədbirdə 8 cütlük müəyyənləşib. Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Qarabağ"ın da pley-offdakı rəqibi müəyyənləşib. Ağdam təmsilçisi Portuqaliya klubu "Braqa" ilə qarşılaşacaq. İlk oyun fevralın 15-də səfərdə, cavab matçı isə 22-də Bakıda olacaq.
“Feyenoord” (Niderland) - “Roma” (İtaliya)
“Milan” (İtaliya) - “Renn” (Fransa)
“Lans” (Fransa) - “Frayburq” (Almaniya)
“Yanq Boyz” (İsveçrə) - “Sportinq” (Portuqaliya)
“Benfika” (Portuqaliya) - “Tuluza” (Fransa)
“Braqa” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan)
“Qalatasaray” (Türkiyə) - “Sparta” (Çexiya)
“Şaxtyor” (Ukrayna) - “Marsel” (Fransa)
Qeyd edək ki, bu cütlərin qalibləri 1/8 finala adlayacaq.