Azərbaycan Kubokunda 1/8 final mərhələsi start götürüb.
Sportarena.az xəbər verir ki, bu gün raundun ilk oyunları keçirilib. İlk gündə iki görüş olub. Premyer Liqa təmsilçiləri “Sabah” və “Kəpəz” Tovuz şəhər stadionunda qarşılaşıblar. Bol qollu alınan qarşılaşmada bakılılar minimal fərqlə qalib gələrək, 1/4 finala adlayıblar.
Digər matçda isə “Sumqayıt” I Liqa komandası “Karvan”ı sınağa çəkib. Görüş "kimyaçılar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
1/8 final mərhələsinin digər qarşılaşmaları dekabrın 19-21-də olacaq.
Azərbaycan Kuboku
1/8 final
18 dekabr
14:00. "Kəpəz" - "Sabah" - 3:4
Qollar: Adama Niane, 36 (pen.), 45, 76 - Vinsent Til, 14, Cesse Sekidika, 23, Emmanuel Apeh, 39, Amin Seydiyev, 89
Tovuz şəhər stadionu
17:00. "Sumqayıt" - "Karvan" - 3:1
Qollar: Kamran Əliyev, 55, Erik Sorqa, 82, Rövlan Muradov, 88 - İzzət Müştaqov, 65
"Kapital Bank Arena"