"Sabah" Rumıniya klubu ilə qarşılaşacaq

09:27 7 Yanvar 2024

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibinə aydınlıq gəlib.

Sportarena.az xəbər verir ki, Masazır təmsilçisi ilk matçında Rumıniyanın “Rapid” (Buxarest) klubuyla qarşılaşacaq.

Görüş yanvarın 9-da, Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla saat 17:00-da), “Mardan” İdman Kompleksinin ehtiyat meydançasında baş tutacaq. 


Digər xəbərlər

Xəbər xətti