“Araz-Naxçıvan”ın hər iki matçının vaxtı bilindi

11:23 7 Yanvar 2024

“Araz-Naxçıvan” qış təlim-məşq toplanışı çərçivəsində 2 yoxlama görüşü keçirəcək.

Sportarena.az xəbər verir ki, hər iki oyunun başlama vaxtı bəlli olub. Azər Bağırov yetirmələrini əvvəlcə “Zirə” ilə görüşdə sınayacaq. Yanvarın 10-da Bakı Olimpiya Stadionunun ehtiyat meydanında təşkil olunacaq matç saat 15:00-da başlayacaq.

Naxçıvan təmsilçisi yanvarın 15-də Qəbələdə şəhərin eyniadlı komandası ilə üz-üzə gələcək. Bu oyunun start fiti isə saat 14:00-da səslənəcək. 


Xəbər xətti