Səudiyyə Ərəbistanı klublarına transfer qadağası

11:41 7 Yanvar 2024

Səudiyyə Ərəbistanında bəzi kubların qış transferlərinə məhdudiyyətlər qoyulub.

Sportarena.az xəbər verir ki, Suveren Fondu (PIF) maliyyəşdirdiyi klublarla bağlı bu qərara gəlib. Həmin komandalar isə “Əl-Hilal”, “Əl-Nəsr”, “Əl-İttihad” və “Əl-Əhli”di.

Adıçəkilən klublar PIF-in dəstəyi olmadan yüksək ödənişli müqavilələr imzalaya bilməyəcəklər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubları ötən ilin yayında transferlərə ümumilikdə 875,4 milyon dollar xərcləyiblər. 


Digər xəbərlər

Xəbər xətti