Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 10 -cu turunun növbəti oyunu baş tutub.
Sportarena.az xəbər verir ki, "Xırdalan" basketbolçuları səfərdə "Şəki" klubunun qonağı olub və rəqibinə 107-92 hesabı ilə qalib gəlib. Ən məhsuldar basketbolçular: "Şəki" (Dayron Kinq - 24 xal, 6 ribaund), "Xırdalan" (Teyvion Körk - 29 xal, 6 asist).