Kabe-Verde millisinin üzvü Leandro Andradenin “Qarabağ”dan ayrılığı baş tuta bilər.
Sportarena.az "Azerisport"a istinadən xəbər verir ki, "Şanxay Şenxua" onu heyətinə qatmaqda maraqlıdır. Ağdam təmsilçisi Çin klubunun 2,5-2,6 milyon dollarlıq təklifindən imtina edib. Azərbaycan çempionu Andradeni qarşı tərəfə 3 milyon dollardan aşağı məbləğə satmaq istəmir.
Yaxın günlərdə keçidin baş tutub-tutmayacağı dəqiqləşəcək. Qeyd edək ki, Leandro Andradenin "Qarabağ"la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.