“Araz-Naxçıvan” təlim-məşq toplanışını Qəbələdə davam etdirir.
Sportarena.az xəbər verir ki, komanda hava şəraiti ilə əlaqədar bu gün məşqini qapalı meydanda həyata keçirib. Yanvarın 10-da “Zirə” ilə keçirilmiş yoxlama oyununda zədələnən Orxan Əliyev və İsmayıl Azzaoui müalicəsini Bakıda davam etdirir.
Qeyd edək ki, “Araz-Naxçıvan” toplanış çərçivəsində sabah növbəti yoxlama matçını keçirəcək. Klub saat 14:00-da “Qəbələ” ilə üz-üzə gələcək. Bununla da toplanışı yekunlaşdıracaq “qırmızı-ağlar” Bakıya dönəcək və 2 gün istirahət edəcək.