"Sabah" Ukrayna klubuna böyük hesabla uduzdu

20:22 14 Yanvar 2024

Türkiyədə təlim-məşq toplanışında olan "Sabah" bu gün ikinci yoxlama oyununu keçirib.

Sportarena.az xəbər verir ki, Masazır təmsilçisi Ukraynanın "Vorskla" klubu ilə qarşılaşıb. Matç Murad Musayevin yetirmələrinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, "Sabah" Türkiyədə keçirdiyi ilk hazırlıq görüşündə Buxarest "Rapid"ini 2:1 hesabı ilə məğlub edib. 


Xəbər xətti