“Kəpəz”in oyunu ləğv olundu

20:40 14 Yanvar 2024

“Kəpəz”in planlaşdırılan yoxlama oyunu ləğv edilib.

Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuatı məlumat yayıb. “Kəpəz” sabah 1-ci Liqa təmsilçisi “İmişli” ilə qarşılaşmalı idi. Əlverişsiz hava şəraiti səbəbindən görüş ləğv olunub.

Qeyd edək ki, “Kəpəz” qış fasiləsində keçirdiyi ilk yoxlama oyununda “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib. 


Xəbər xətti