“Qəbələ” “Araz-Naxçıvan”a qalib gəldi - YENİLƏNİB

16:45 15 Yanvar 2024

Qış təlim-məşq toplanışını ölkə daxilində keçən “Qəbələ” ilə “Araz-Naxçıvan” bu gün yoxlama görüşü keçirib.

Sportarena.az xəbər verir ki, komandalar sınaq qarşılaşmasında üz-üzə gəlib. Qəbələ şəhər stadionunda təşkil olunan matç saat 14:00-da başlayıb.

Buna qədər hər iki komanda bir yoxlama görüşü keçirib. “Qəbələ” “Kəpəz”ə, “Araz-Naxçıvan” isə “Zirə”yə 1:2 hesabı ilə uduzub.

Yoxlama görüşü

15 yanvar

14:00. “Qəbələ” – “Araz-Naxçıvan” 2:0

Qəbələ şəhər stadionu 


Xəbər xətti