"Real"ın hər oyunçusu "Barselona" üzərində qələbəyə görə 150 min avro alacaq

12:12 15 Yanvar 2024

İspaniya Superkubokunun finalında "Barselona"ya 4:1 hesabı ilə qalib gələn "Real"ın hər bir futbolçusu 150 min avro alacaq.

Sportarena.az xəbər verir ki, bu barədə "Football Espana" məlumat yayıb. Madrid klubunun prezidenti Florentino Peres komanda və məşqçilər heyətini mükafatlandırmaq üçün 4 milyon avro ayırıb.

Qeyd edək ki, İspaniya Superkubokunun final oyununda “Real” “Barselona”ya qalib gəlib. Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) “Əl-Əvval Park” stadionunda baş tutan qarşılaşma “Real”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. 


Digər xəbərlər

Xəbər xətti