"Səbail" Rusiya klubu ilə üz-üzə - YENİLƏNİR

12:36 15 Yanvar 2024

Qış təlim-məşq toplanışını Türkiyədə keçən “Səbail” bu gün növbəti yoxlama oyununa çıxacaq.

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Antalyada ikinci sınağını verəcək. Şahin Diniyevin yetirmələri Rusiya klubu “Fakel”lə qarşılaşacaq. “Miracle Resort” hotelinin idman mərkəzində baş tutacaq matç Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Qeyd edək ki, “Səbail” ilk yoxlama matçında Rumıniya klubu “Universitatya Kluj”la qolsuz bərabərə qalıb.

 

Yoxlama oyunu

15 yanvar

18:00. “Səbail” – “Fakel” (Rusiya)

Antalya, “Miracle Resort” hotelinin idman mərkəzi 


Xəbər xətti