“Lokomotiv” klubunun futbolçusu Alfa Konte “Neftçi”yə keçib

12:53 15 Yanvar 2024

“Neftçi” qış fasiləsində yeni transferə hazırlaşır.

Sportarena.az xəbər verir ki, Plovdiv “Lokomotiv”inin futbolçusu Alfa Konte mövsümün ikinci yarısından Azərbaycan Premyer Liqasında çıxış edəcək.

Bunu Bolqarıstan təmsilçisinin icraçı direktoru Pavel Kolev açıqlayıb. O, “dsport.bg” saytına açıqlamasında tərəflərin transferdə ortaq məxrəcə gəldiyini təsdiqləyib. Konte bu həftə Bakıya gələrək, “Neftçi” ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, 23 yaşlı sierra leoneli vinger ötən ilin martından “Lokomotiv”də çıxış edir. 


Xəbər xətti