“Turan Tovuz” Macarıstan klubuna məğlub oldu

15:00 15 Yanvar 2024

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün növbəti yoxlama görüşünü keçirib.

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Macarıstan klubu “Şiofok”la qarşılaşıb. “Fanatic Tour Sport Center”də baş tutan qarşılaşmada macarlar 2:0 hesablı qələbə qazanıb. Tovuzlular hər iki topu ikinci hissədə buraxıblar. Baş məşqçi Ayxan Abbasov bu qarşılaşmada əsasən ehtiyatda qalanları və baxışa gələnləri sınaqdan keçirib.

Yoxlama görüşü

15 yanvar

“Turan Tovuz” - “Şiofok” (Macarıstan) - 0:2

Antalya, “Fanatic Tour Sport Center” 


Xəbər xətti