Superliqa klubunda yeni baş məşqçi

16:04 15 Yanvar 2024

Türkiyənin "Konyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisini Fahrudin Omeroviç çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bosniya və Herseqovinadan olan mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Konyaspor" bir neçə gün öncə Hakan Keleşlə yollarını ayırmışdı. 


Digər xəbərlər

Xəbər xətti