"Qarabağ" "Zirə"yə 4 qol vurdu

18:13 15 Yanvar 2024

Mövsümün ikinci yarısının hazırlığını Bakıda davam etdirən "Qarabağ" bu gün yoxlama görüşündə qüvvəsini sınayıb.

Sportarena.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Zirə" ilə qarşılaşıb. Matç Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"ın qollarını Leandro Andrade, Redon Cica, Riçard Almeyda (penalti) və Nəriman Axundzadə vurub. 


Xəbər xətti