"Araz-Naxçıvan" qış hazırlığı çərçivəsində "Qəbələ" ilə yoxlama matçında üz-üzə gəlib.
Sportarena.az xəbər verir ki, qarşılaşma Muxtar Respublika təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Baş məşqçi Azər Bağırov matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib:
"Hazırlıq prosesi istədiyimiz kimi keçdi, plana uyğun toplanışı başa vurduq. Oyunda da nəyi planlaşdırmışdıqsa, yerinə yetirdik. Hər hissədə fərqli heyətlə oynadıq. Bütün futbolçulara şans verdik, onlar da tapşırıqları yerinə yetirməyə çalışdılar. Bir sözlə, nəticədən asılı olmayaraq, faydalı toplanış və oyun oldu. Ən əsası matçı zədəsiz başa vurduq. Zədə üzündən toplanışa qatılmayan Orxan Əliyev və İsmail Azzaoui Bakıda komandaya qoşulacaq və rəsmi oyunlara qədər tam hazır olacaqlar".