Antalyada təlim-məşq toplanışında olan "Səbail" bu gün ikinci yoxlama oyununu keçirib.
Sportarena.az xəbər Bayıl təmsilçisi Rusiya Premyer Liqası təmsilçisi "Fakel"lə üz-üzə gəlib. Qarşılaşma Şahin Diniyevin yetirmələrinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Səbail" Türkiyədə keçirdiyi ilk hazırlıq matçında Rumıniyanın "Universitatya Kluj" klubu ilə 0:0 hesablı heç-heçə etmişdi.