Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin “Kocaelispor”a transferi rəsmiləşmək üzrədi.
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı forvard sabah TFF I Liqa klubu ilə müqavilə imzalayacaq.
Şeydayev sabah səhər saatlarında Kocaeliyə yollanaraq, tibbi müayinədən keçəcək və ardından komanda ilə ilk məşqinə çıxacaq. O, yeni komandası ilə 1,5 illik sazişə qol çəkəcək. Şeydayevin bu müddətdəki məvacibi 850 min avro təşkil edəcək.
Qeyd edək ki, Ramil Şeydayev son klubu olan Tailand təmsilçisi “Buriram Yunayted”in heyətində 16 oyun keçirib, cəmi 1 qol vurub.