Olaf Şolts Avropa çempionatında fitə basıldı

16:21 16 Yanvar 2024

Almaniya kansleri Olaf Şolts ölkəsində keçirilən həndbol üzrə Avropa çempionatının matçını izləmək üçün getdiyi zalda fitə basılıb.

Sportarena.az xəbər verir ki, o, Almaniya – Şimali Makedoniya oyununa baxmaq üçün arenaya gedib. 

Olaf Şolsun arenaya gəldiyi elan edilərkən azarkeşlər onu fitə basıb. 

Almaniya Həndbol Assosasiyasının rəhbəri Aksel Kromer bu hadisə ilə bağlı açıqlama verib: “Çox təəssüf ki, azarkeşlər cənab Şoltsu fitə basdı. Ancaq başqa tərəfdən ümid edirəm ki, oyun onun xoşuna gəlib”.  


Digər xəbərlər

Xəbər xətti